EN

“Müəyyən məbləğ qarşılığında onları xidmətdən azad etsək...”

“2020-ci ildən 2024-ci ilə qədər təhsilə görə çağırışa möhlət verilənlərin sayında 44 faiz artım müşahidə olunur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirib. 

“Bunlardan respublikanın təhsil müəssisələrində təhsil alanların sayı artıb. Magistr və rezedenturaya daxil olanların sayı da səsləndirilən göstəricilərə uyğun olaraq artıb.

Müəyyən məbləğ qarşılığında onları xidmətdən azad etsək, bu, silahlı qüvvələrin komplekləşdirilməsinə ciddi mənfi təsir göstərə bilər. Bu, çağırış resursunun itirilməsinə ciddi təsir göstərən amildir. Bizim əsas vəzifəmiz silahlı qüvvələrin keyyfiyyətli komplekləşdirilməsidir”, - deyə idarə rəisi bildirib. 

Nuranə Daxilqızı

Chosen
40
1
qafqazinfo.az

3Sources