Avropa İttifaqı (Aİ) ABŞ-dən Kiyevə hərbi yardımın azaldılmasını kompensasiya edə bilməsə, Ukrayna 2026-cı ilə qədər Rusiyaya məğlub ola bilər. Bu fikirləri CNBS telekanalının efirində Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya üzrə proqramının direktoru Maks Berqman deyib.
“Təhlükə ondadır ki, biz 2026-cı ildə Kiyevdə 2021-ci ildə Kabildə gördüyümüz şeyləri görəcəyik - Ukraynanın və Ukrayna demokratiyasının sonu ilə nəticələnən hərbi çöküşün şahidi olacağıq”, - ekspert bildirib.
Bununla belə, CNBS nümayəndələri Aİ-nin Ukraynaya dəstək səviyyəsini hələ də ABŞ-nin çox olduğunu qeyd ediblər - Kiel institutunun məlumatına görə, 2022-ci ildən 2024-cü ilin oktyabrına qədər Avropa Ukraynaya 241 milyard avro, ABŞ isə 119 milyard avro ayırıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural