EN

Xocalının Ballıca kəndinə ilk köçən ailələrə evlərinin açarları təhvil verilib

Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib.

“İki sahil” xəbər verir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarında, müvəqqəti məskunlaşma yerlərində yaşayan 27 ailə ümumilikdə 152 nəfər Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində öz vətənlərinə köçürülüblər.

Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. E. Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.

Xocalı sakinləri, keçmiş məcburi köçkünlər nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayırlar. Burada həyat yenidən canlanır.

Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir.

Chosen
30
7
ikisahil.az

10Sources