EN

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gundem.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissə üzrə:

1.1.1. 4.9-cu bənddə “352.0.11” rəqəmləri “352.1.11” rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 4.29-cu bənddə “352.0.1-ci” sözləri “352.1.1-ci” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissə üzrə:

1.2.1. 5.1-ci bənddən “266.3,” rəqəmləri çıxarılsın və həmin bənddə “352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12” rəqəmləri “352.1.1, 352.1.3, 352.1.6, 352.1.11, 352.1.12, 352.2 (nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına münasibətdə)” sözləri ilə əvəz edilsin;

1.2.2. 5.20-ci bənddə “252-ci maddəsində” sözləri “252, 266.3, 266.4-1 və 272-ci maddələrində” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.23-cü bənd ləğv edilsin;

1.2.4. 5.32-ci bənddə “352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10” rəqəmləri “352.1.4, 352.1.5, 352.1.7 – 352.1.10” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. 5.32-3-cü bənddə “352.0.2-ci, 352.0.8 – 352.0.10-cu” sözləri “352.1.2-ci, 352.1.8 – 352.1.10-cu, 352.2-ci (yollara və yol qurğularına tullantı atılmasına münasibətdə)” sözləri ilə əvəz edilsin;

1.2.6. 5.34-1-ci bənddə “352.0.2-ci” sözləri “352.1.2-ci” sözləri ilə əvəz edilsin;

1.2.7. aşağıdakı məzmunda 5.34-3-cü bənd əlavə edilsin:

“5.34-3. həmin Məcəllənin 352.2-ci (bu Fərmanın 5.32-3-cü bəndi nəzərə alınmaqla) maddəsində (yollara və yol qurğularına tullantı atılmasına münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissə üzrə:

2.1.1. 2.1-ci bənddən “266.3,” rəqəmləri çıxarılsın, həmin bənddə “352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12” rəqəmləri “352.1.1, 352.1.3, 352.1.6, 352.1.11, 352.1.12, 352.2 (nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına münasibətdə)” sözləri ilə, “352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10” rəqəmləri “352.1.2, 352.1.4, 352.1.5, 352.1.7 – 352.1.10, 352.2 (yollara və yol qurğularına tullantı atılmasına münasibətdə)” sözləri ilə əvəz olunsun və həmin bəndə “252,” rəqəmlərindən sonra “266.3, 266.4-1,” rəqəmləri əlavə edilsin;

2.1.2. 2.2-ci bənddə “352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12” rəqəmləri “352.1.1, 352.1.3, 352.1.6, 352.1.11, 352.1.12, 352.2 (nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına münasibətdə)” sözləri ilə, “352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10” rəqəmləri “352.1.2, 352.1.4, 352.1.5, 352.1.7 – 352.1.10, 352.2 (yollara və yol qurğularına tullantı atılmasına münasibətdə)” sözləri ilə əvəz edilsin;

2.1.3. 2.5-ci və 2.9-cu bəndlərdən “266.3,” rəqəmləri çıxarılsın və həmin bəndlərə “252,” rəqəmlərindən sonra “266.3, 266.4-1,” rəqəmləri əlavə edilsin;

2.2. 19.0-cı bənddə “352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10” rəqəmləri “352.1.4, 352.1.5, 352.1.7 – 352.1.10” rəqəmləri ilə əvəz edilsin;

2.3. 21.0-cı bənddə “352.0.2-ci, 352.0.8 – 352.0.10-cu” sözləri “352.1.2-ci, 352.1.8 – 352.1.10-cu, 352.2-ci (yollara və yol qurğularına tullantı atılmasına münasibətdə)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissəyə “208,” rəqəmlərindən sonra “212.4-1,” rəqəmləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 21-1-ci hissə əlavə edilsin:

“21-1. Məcəllənin 266.3-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

21-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

21-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – bu Siyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci və 2.2-ci bəndlərdə “346-1.1 və 346-1.5-ci maddələrində” sözləri “346-1-ci maddəsində” sözləri ilə əvəz edilsin və həmin bəndlərdən “346-1.2–346-1.4,” rəqəmləri çıxarılsın.

2. 2.3-cü bənddə “346-1.1, 346-1.5-ci maddələrində” sözləri “346-1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bəndə “habelə” sözündən əvvəl “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1-ci maddəsində,” sözləri əlavə olunsun və həmin bənddə “, 324-3-cü və 346-1.2–346-1.4-cü” sözləri “və 324-3-cü” sözləri ilə əvəz edilsin.

Chosen
36
18
gundem.az

10Sources