EN

Yanındakı qadınla dalaşdı, maşını qəsdən aşırdı – İş məhkəmədə

Bakının Yasamal rayonunda qadının qətlə yetirməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovun cinayət işi üzrə ibdidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına baxılıb.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyulun 3-də Yasamal rayonu Kənar Dairəvi Yolda "Çerri" markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovun isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqın gəldiyi nəticəyə görə, "Çerri" (Cherry) markalı avtomobilin sürücüsü yanında olan qadın tanışı ilə mübahisə edərək maşını qəsdən dərədən aşırıb.

İstintaq orqanı tərəfindən sürücü istintaqa cəlb edilib və ona qəsdən adam öldürmə faktı ilə bağlı ittiham irəli sürülüb.

Mustafa Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov
Chosen
14
teleqraf.com

1Sources