EN

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,6 faiz artıb

Tbilisi, 13 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 21 milyard 109,2 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 6,6 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin ilkin hesablamalarına görə, xarici ticarət dövriyyəsində ixracın həcmi 6 milyard 11,0 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıb. Hesabat dövründə idxalın həcmi isə 6,1 faiz artaraq 15 milyard 98,2 milyon dollar təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında mənfi ticarət saldosu 9 milyard 87,3 milyon dollar olub ki, bu da xarici ticarət dövriyyəsinin 43 faizini təşkil edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiir

Tbilisi

Chosen
20
2
azertag.az

4Sources