Dekabrın 13-də 1 saylı Bakı İstintaq Təcridxanasında vəkil Elçin Sadıqova müdafiə etdiyi şəxs, “Meydan” TV-nin jurnalisti Aynur Elgünəşlə görüş verilməyib. Bu barədə Turan-a vəkil bildirib.
Onun sözlərinə görə, saat 14.00-dan 16.40-dək təcridxanada gözləyib, amma jurnalisti gətirməyiblər.
"Mən dəqiqləşdirdim və mənə dedilər ki, Aynur Elgünəşi Bakı Apellyasiya Məhkəməsindən gətiriblər" (bu gün onun həbsindən şikayətə baxılıb), - Sadıqov deyib.
Vəkil bunu müdafiə hüququnun pozulması kimi qiymətləndirib.