Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliyaarasında ticarət əməliyyatlarının həcmi 1 milyard 36 milyon 99 minABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 997milyon 887 min ABŞ dolları (27,1 dəfə) çoxdur.
Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,63%-i həcmində olub.
10 ayda Azərbaycan Avstraliyaya 114 min ABŞ dolları dəyərindəməhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə99,6% azdır.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Avstraliyadanməhsul idxalını illik müqayisədə 115,1 dəfə artıraraq, 1 milyard 35milyon 985 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Avstraliya iləidxal əməliyyatları ölkənin ümumi idxalının 6,23%-ni təşkiledib.