EN

Agentlik nümayəndəsi: Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycanda gələcəkdə vençur fondların sayı çox olacaq.

AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov dekabrın 13-də qurumun ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı deyib.

Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyəti barədə məlumat verən Ağahüseyn Əhmədov bildirib ki, indiyədək Mərkəzdə 33 tədbir keçirilib. Həmin tədbirlərdə 1500 şəxs iştirak edib. Hazırda Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidentdi mövcuddur.

“İnnovasiya mədəniyyətinin yaradılması istiqamətində agentliyimiz mindən çox üzvü olan 8 icmaya dəstək göstərib. Bu istiqamətdə keçirilmiş 40-dan çox tədbirə 5 mindən çox iştirakçı qatılıb. Həmçinin İnnovasiya mədəniyyətinin yaradılmasının daha da genişləndirilməsi üçün agentliyin nümayəndələri 7 beynəlxalq tədbirə qatılıb. Gənclər arasında rəğbət qazanmış “IDDA Awards” mükafatına bu il 183 namizəd müraciət edib”, - deyə A.Əhmədov əlavə edib.

 

Chosen
56
azertag.az

1Sources