EN

"Bu məni narahat etmir" - Arne Slot

"Liverpul"un baş məşqçisi Arne Slot "qırmızılar"la müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçularla - Vircil van Deyk, Trent Aleksander-Arnold və Məhəmməd Salahla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Liverpool Echo" belə çatdırıb:

"Bu məni narahat etmir. Vəziyyəti olduğu kimi anlayırıq. Onlar çox yaxşı klubda oynayırlar və hazırda əla nəticə verirlər".

Xatırladaq ki, sözügedən futbolçular yanvarın 1-dən başqa klublarla danışıq aparmaq hüququna malikdirlər.

Nihat

Chosen
25
fanat.az

1Sources