Tailandda gizli milyonçu olduğu ortaya çıxan dilənçi qadın saxlanılıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat dərc edib.
Nəşr qeyd edib ki, dekabrın 12-də axşam Banqkokdakı Suxumvit yolunda dilənçilərin kütləvi həbsi baş tutub. Belə ki, polis yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra səkkizi taylandlı, ikisi kambocalı, həmçinin Laos və Myanma vətəndaşları da daxil olmaqla 12 dilənçini həbs edib.
Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir qadının üzərindən 300 min bat (təxminən 9500azn), bank hesabında isə təxminən bir milyon baht pul aşkar ediblər. Taylandlı qadın bu pulu dilənərək yığdığını təsdiqləyib.
Taylandda bu fəaliyyət qanunla qadağan olunduğundan, indi milyonçu və digər məhbusları bir aya qədər həbs və ya 10 min bahta qədər cərimə gözləyir.
QAZİLER.AZ