EN

İtirilən dişlərin yerində yenilərinin çıxmasını stimullaşdıran vasitə tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyalı alimlər itirilmiş dişlərin yerində yeni dişlərin çıxmasını stimullaşdıran vasitə hazırlayıblar. Onlar hazırda metodun sınaqdan keçirilməsi üçün aplaziyası (altı və daha çox dişin olmaması) olan xəstələr arasında seçim aparırlar. Ancaq bu bəyanat elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Honkonq Universitetinin endodontiya üzrə klinik professoru Çenfey Çjan bildirib.
Onun sözlərinə görə, Osakadakı Kitano Xəstəxanası nəzdində Tibbi Tədqiqat İnstitutunun alimləri insanlarda üçüncü diş dəstini yarada bilən gizli diş rüşeymləri olduğunu iddia edirlər.
"Ancaq bu iddia həm inqilabi, həm də mübahisəlidir", - deyə Çjan bildirib.
Alimlər, həmçinin yeni dişlərin çıxacağı təqdirdə onların itirilmiş dişləri həm funksional, həm də estetik cəhətdən tam əvəz edə bilməsi imkanına şübhə ilə yanaşırlar.
Əgər metod öz etibarlılığını sübut edərsə, bu, stomatologiyada həqiqi bir irəliləyiş ola bilər. Lakin hazırda elmi ictimaiyyət bu kəşfə ehtiyatla yanaşır və növbəti tədqiqatları, həmçinin klinik sınaqları gözləyir.
Chosen
23
50
oxu.az

10Sources