EN

"Neftçi" ilə matç nə etməli olduğumuzu bizə göstərdi"

"İkinci və üçüncü periodda istədiklərimizin hər birini reallaşdıra bildik".

Sportinfo.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker NTD-yə qalib gəldikləri (89:75) Azərbaycan Basketbol Liqasının VI turunun oyunu ilə bağlı danışarkəm deyib.

Mütəxəssis matça yaxşı başlamadıqlarını söyləyib:

"Xüsusilə müdafiədə istədiyimiz kimi oynamırdıq. Hücumda da bəzi səhvlərimiz oldu.

Sonra toparlana bildik və bu həftə məşqlərdə etdiklərimizi parket üzərində ortaya qoyduq. Əslində bu oyundan öncəki "Neftçi" ilə matç nə etməli olduğumuzu bizə göstərmişdi".

Baş məşqçi bugünkü qarşılaşmaya yaxşı başlaya bilməsələr də, sonradan hər şeyin istəklərinə uyğun ssenari üzrə davam etdiyini vurğulayıb:

"Bura yaxşı müdafiə olunmaq, oyunçular arasında top paylanması və sair daxildir. Bunlar qaydasına düşdükcə daha rahat xallar qazandıq.

Bu şəkildə davam edə bilsək, bizim üçün növbəti oyunlarda da yaxşı olacaq. Təbii ki, bu basketboldu və burada oyunçunun günlük performansı əsas məqamlardandı".

Chosen
61
sportinfo.az

1Sources