EN

“Toyda əylənməsindən qıcıqlandım, öldürdüm”

Yevlaxda həmyerlisini qətlə yetirən 20 yaşlı Tahir Abdullayevin məhkəmə prosesi başa çatıb.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Abdullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin yayında həmin rayonda yerləşən “Aytən” şadlıq sarayında toy zamanı baş verib. 

Təqsirləndirilən şəxs ifadəsində özündən 4 yaş böyük olan Elmir Abışovun toy mərasimində əylənməsindən qıcıqlandığını, onu buna görə bıçaqlayaraq qətlə yetirdiyini bildirib. O da məlum olub ki, tərəflərin 2021-ci ildə də Yevlaxda mübahisəsi olub. Bu zaman Tahir Elmirin qoluna bıçaqla xəsarət yetirib. Bununla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işinin istintaqı aparılaraq icraatına xitam verilib. 

O da məlum olub ki, Elmir Tahirin bacısının keçmiş sevgilisi olub. Mübahisənin də bundan qaynaqlandığı üzə çıxıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra Yevlaxdan çıxmaq istəyib. Bu zaman o magistral yolda yoldan keçən avtomobillərə əl eləyib. Tahirə maşın saxlayan isə təsadüfən polis olub. O, cinayətkarın üstünün qan olduğunu görərərk onu polis şöbəsinə aparıb.

Onu da əlavə edək ki, Tahirin yasa çevirdiyi toy onun əmisi oğlunun şad günün olub.

Chosen
5
4
olke.az

5Sources