EN

Yuxarı Lars yenidən bağlandı

Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Gundem.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi məlumat yayıb.

“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir, ona görə də bütün növ avtomobillər üçün bu hissədən keçid qadağandır”, - deyə bildirilib.

Xatırladaq ki, Yuxarı Lars yolu Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.

Chosen
23
3
gundem.az

4Sources