EN

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, güclü külək əsir, bəzi rayonlarda qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar yağır, şimal-qərb küləyinin gücü saniyədə 30 metrə çatır, xəbəri Milli Hidrometeoroologiya Xidməti yayıb.

Neft Daşları stansiyasının məlumatına görə, dənizdə dalğaların hündürlüyü 5,6 metrə çatır.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin gücü Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s-yə çatıb.

Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır.

Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək, külək zəifləyəcək.

Chosen
12
turan.az

1Sources