EN

COP sədri kimi 14 təklif irəli sürmüşük - Deputat

COP29 yüksək səviyyədə keçdi və bunu hamı təsdiq etdi.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Sənaye Təhlükəsizliyi Zirvəsindəki çıxışı zamanı deyib.

Arpadarai bildirib ki, qəbul edilən qərarlara görə bu tədbir digərlərindən fərqləndi:

"Biz qlobal proseslərin iştirakçısına çevrilmişik. COP sədri kimi 14 təklif irəli sürmüşük ki, bu da bütün sahələri əhatə edir. Əsas məqsədlərdən biri özəl sektorları bu işlərə cəlb etmək idi. Sevindiricidir ki, mavi zonada özəl sektor üçün form keçirildi. Bundan başqa, Yaşıl iqtisadiyyata keçidlə bağlı özəl sektorlar üçün təlimlər keçdik.

Bizi sevindirən məsələ odur ki, onlardan bizə qarşı müsbət münasibət oldu və prosesə qoşulacaqlarını bəyan etdilər. Bakı İqlim Həftəsində də prosesə töhfəmizi verdik. Müxtəlif sahələrdə üzrə razılıqlar əldə edildi. İyun ayında tikinti sektorunda ən böyük şirkətlər bir araya gəldi və bəyan etdilər ki, prosesə qoşulacağı. Karbon emosiyaların aşağı salınması qərara alındı".

Dövlət qurumları, təhsil müəssisələrinin və sair qurumların əməkdaşlığının vacibliyini vurğulayan deputat bildirib ki, sözügedən məsələ ilə bağlı tədbirlər gələn il də davam edəcək.

Chosen
34
1
axar.az

3Sources