EN

İsrail Ordusu yenidən Suriyada hərbi obyektlərə zərbə endirib

İsrail Ordusu Dəməşqə və onun ətrafındakı hərbi obyektlərə zərbələr endirib.

News365.az xəbər verir ki, bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb.

Hava zərbələri nəticəsində Barzehdəki Elm İnstitutu və hərbi obyektlər məhv edilib, həmçinin paytaxtın ətrafında yerləşən hərbi hava limanı hədəf alınıb. Qalamun bölgəsindəki “Scud ballistik raket anbarları və dağ altındakı tunellər də hədəflər sırasında olub.

Məlumatda bildirilib ki, bir neçə mərhələdən ibarət hücumlar keçmiş Əsəd rejim qüvvələrinin hərbi obyektlərini hədəf alıb, bu da gələcək Suriya Ordusunun qalan imkanlarını məhv etmək məqsədi daşıyır.

Chosen
26
3
news365.az

4Sources