"Mixeil Kavelaşvilinin prezident seçilməsi Gürcüstan üçün dönüş anı olacaq".
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 20 ildən çoxdur ki, Gürcüstanın vətənpərvər, psixi və psixoloji cəhətdən balanslı prezidenti olmayıb.
İ.Kobaxidze deyib ki, düşmən mövqeli xarici qüvvələr prezident institutunu cəmiyyətin parçalanması və konstitusiya quruluşunun süni zəiflədilməsi üçün istifadə ediblər.
Baş nazir M.Kavelaşvilinin Gürcüstanın dövlətçiliyi və suverenliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Müəllif: Cəmilə Babayeva