Suriyanın yeni hakimiyyəti İsraillə münaqişəyə girmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bunu Dəməşqdə hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa bəyan edib.
Onun sözlərinə görə, yeni hökumət Qərb səfirlikləri ilə də əlaqə saxlayır və Dəməşqdəki nümayəndəliyinin bərpası ilə bağlı Böyük Britaniya ilə danışıqlar aparır.
Müəllif: Arzu