EN

Gürcüstanın kurort obyektində 12 nəfərin meyiti aşkarlandı

Gürcüstanın Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb.

"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Ölənlər arasında Gürcüstanın bir vətəndaşı və 11 əcnəbi var. Onların hamısının restoran işçiləri olduğu ehtimal edilir.

Meyitlərin üzərində zorakılıq əlamətlərinə rast gəlinməib.

Ehtimala görə, ölümlərin səbəbi dəm qazındən zəhərlənmədir.


Telegram kanalımız
Chosen
18
50
yenisabah.az

10Sources