Gürcüstanda Qudauri kurort zonasında hind restoranında 12 nəfərin meyiti tapılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır. Onların ölüm səbəbi məlum deyil.
Qeyd olunub ki, meyitlərdə heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı istintaq işi davam edir.