Suriyanın yeni hakimiyyəti bəzi ölkələrlə müdafiə sazişləri bağlamağa çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd Colani) məlumat verib.
“Biz bir sıra dövlətlərlə birgə müdafiə haqqında sazişlər bağlamağa və strateji hərbi əlaqələr qurmağa çalışırıq”, - o bildirib.
Həmçinin qruplaşmanın lideri qeyd edib ki, İrandan səfirliyinin təhlükəsizliyini təmin etməyi xahiş edən mesajlar alıblar./axar.az