EN

“Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları yaxşı tanıyacağıq”

“Bu, çətin, lakin eyni zamanda çox maraqlı qrupdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İslandiya millisinin kapitanı Yohann Berq Qudmundsson DÇ-2026-nın püşkünü dəyərləndirərkən mbl.is saytına bildirib.

Püşkün nəticəsinə əsasən, İslandiya D qrupunda Millətlər Liqasının 1/4 finalının Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və Azərbaycan komandası ilə yarışacaq.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda çıxış edən 34 yaşlı futbolçu bildirib:

“Qrupumuzda fransızlar, yoxsa xorvatların olacağı hələ məlum deyil Amma əgər imkanım olsaydı, xorvatları seçərdim.

Baxmayaraq ki, son illərdə onlarla tez-tez görüşürük. Fransızların son dərəcə güclü komandası var.

Bu gün dünyanın ən yaxşı millilərindən biridir. Xorvatiya isə bu gün əvvəllər demək olar ki, hər il oynadığımız komanda qədər güclü deyil.

Bir müddət əvvəl Ukrayna ilə oynadıq və bu matçdan sonra çox təəssüflənirik. Onlarla yenidən görüşmək və beləliklə, Avropa çempionatına vəsiqə üçün pley-off mərhələsində buraxdığımız səhvləri düzəltmək imkanımız olacaq”.

O, Azərbaycan millisi barədə danışarkən isə deyib:

“Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları yaxşı tanıyacağıq. Aydındır ki, qarşıda bizi ora uzun səfər gözləyir”.

O ümid etdiyini deyib ki, komandasında hamı 2025-ci ilin sentyabrında başlanacaq oyunlara hazır olacaq: “Məqsədimiz final mərhələsinə düşməkdir.

Bunun üçün sabitliyi bərpa etməliyik. Bütün oyunçularımız ən yaxşı formasına düşməlidir.

Biz qrupda birinci yeri tutmalıyıq. Xüsusən qrupumuza fransızları yox, xorvatları düşsə”.

Chosen
36
2
sportinfo.az

3Sources