EN

Telekanal Trampa 15 milyon dollar ödəyəcək

ABC News" telekanalı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa 15 milyon dollar ödəyəcək. SİA xəbər verir ki, bu barədə TASS Florida ştatının Cənub Dairə Məhkəməsinin dərc olunmuş sənədlərinə istinadla məlumat yayıb.

Bu ödəniş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işin məhkəmədən kənar həlli üçün nəzərdə tutulub. O, iddiaçı tərəfindən yaradılan “prezident fondu və muzeyi”nə xeyriyyə töhfəsi kimi veriləcək və həmçinin Trampın 1 milyon dollar məbləğində vəkillik xərclərini ödəyəcək.

Mart ayında siyasətçi telekanala və efirdə Trampın yazıçı Elizabet Jan Kerrolu zorlamaqda təqsirli bilindiyini bildirən aparıcı Corc Stefanopulosa qarşı məhkəmə iddiası qaldırıb.

Chosen
11
1
sia.az

2Sources