Kamçatkada 5,4 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin teleqram kanalında məlumat verilib.
Departamentin məlumatına görə, zəlzələnin episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib. Bildirilir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında, eləcə də Yelizovski rayonunda iki bala qədər hiss olunub.
Mənbə 123 km dərinlikdə yerləşirdi. Sunami təhlükəsi elan olunmayıb.
Müəllif: Pərvin Cəfərova