Donetsk vilayətinin Pyesçanoye kəndi yaxınlığında Ukrayna və Rusiya qoşunları arasında ağır döyüş baş verib.
Musavat.com xəbər verir ki, bu barədə DeepState monitorinq kanalı məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi kəndi ələ keçirmək üçün hücum qruplarını irəli sürüb.
"Bu zaman bizim qoşunlarımızın Şevçenko kəndi istiqamətində sabitləşdirici tədbirlər planlaşdırılmışdı", - deyə Ukrayna monitorinq kanalı bildirib.
Hər iki tərəfin qüvvələrinin təxminən bərabər olduğu qeyd olunur. “Qarşılıqlı toqquşma zamanı qumbara, əl qumbaraatanları və atıcı silahlardan istifadə edilib. Müdafiə Qüvvələri döyüşə girərək düşməni Şevçenko yaxınlığındakı meşəliklərə geri çəkilməyə məcbur edib”, - deyə DeepState-in məlumatında bildirilib.