EN

“Terrorun Suriyada keçid dövründən faydalanmasına imkan verilməməlidir”, H.Fidan

 

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyada keçid dövründən terrorun faydalanmasına imkan verilməməli olduğunu bildirib.

  İordaniyanın Aqaba şəhərində keçirilən Suriya ilə bağlı iclasda çıxış edən nazir deyib: “Suriyanın sabitliyi həm bölgə, həm də bütün dünya üçün son dərəcə əhəmiyyətlidir. Hamımızın Suriyanın nizamlı keçid prosesinə ehtiyacımız var. Belə bir dövrdə dövlət qurumları qorunmalıdır.

  Suriyanın bütövlüyü qorunub saxlanmalı, bütün azlıqlara hörmət edilməli və proses birlik, qarşılıqlı razılaşma, diqqət və qayğı ilə həyata keçirilməlidir.

  Beynəlxalq ictimaiyyətin Suriyaya lazımi siyasi dəstək və humanitar yardım etməsi vacibdir.

  Terrorun bu keçid dövründən heç bir şəkildə faydalanmasına icazə verməməliyik.

  İsrailin Suriyaya hücumları dərhal dayandırılmalıdır.

  Qarşıdakı günlər asan keçməyə bilər, amma biz Türkiyə olaraq Suriya xalqı ilə çiyin-çiyinə getməyə davam edəcəyik.

  Türkiyənin hələ də İraq və Suriyadan gələn terror təhdidləri ilə üz-üzə qalıb. Son 10 ildə PKK Suriyadakı xaotik vəziyyətdən istifadə etməyə çalışır. Özlərini SDG adı ilə yenidən qurmaqdadırlar. Harada olurlarsa, olsunlar, biz onları oradan çıxarmaq üçün PKK terroru ilə mübarizə aparacağıq.

  Türkiyə Suriya kürdlərinin da hüquqlarına hörmət edir”.



Chosen
7
50
trt.net.tr

10Sources