EN

İdmançımız dünya çempionatında gümüş medal qazandı

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Hafta.az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet birdən qaldırmada 183 kq-ı ram edərək dördüncü olub.

Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb. Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb. 

Chosen
16
25
hafta.az

10Sources