EN

KİV: Qəzzadakı mülki əhali arasında ölənlərin sayı ilə bağlı Fələstinin məlumatları xeyli şişirdilib

Qəzza Səhiyyə Nazirliyinin İsrailin HƏMAS hərəkatının hücumuna hərbi cavabının başlanğıcından bəri anklavdakı mülki əhali arasında 44 mindən çox ölüm halı barədə məlumatlar xeyli şişirdilib və yanıldıcıdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti müstəqil tədqiqat qrupu olan “Fifty Research Group” (FRG) və 2005-ci ildə Kembric Universitetində təsis edilmiş Henri Cekson Cəmiyyəti (HJS) adlı Britaniya ictimai birliyinə istinadən yazıb.

Nəşrin yazdığına görə, bu təşkilatların araşdırmaları münaqişələr haqqında narrativin təhrif olunmasına səbəb olan rəqəmlərlə sistematik manipulyasiyanı aşkar edib.

“HƏMAS-ın rəhbərliyi altında fəaliyyət göstərən Səhiyyə Nazirliyi mülki şəxslərlə yaraqlıların ölümü arasında fərq qoymadan, qadın və uşaqlar arasında ölənlərin sayını şişirdərək və hətta münaqişə başlamazdan əvvəl ölənləri də daxil etməklə ölənlərin sayını sistematik olaraq şişirdir”, – sənəddə qeyd olunub.

Öz növbəsində, FRG öz tədqiqatında BBC, CNN və “The New York Times” da daxil olmaqla, aparıcı dünya KİV-lərinin 1 378 məqaləsini təhlil edib.

Nəticədə məlum olub ki, məqalələrin 98 %-i Qəzza Səhiyyə Nazirliyinin təqdim etdiyi itki məlumatlarına əsaslanıb, yalnız 5 %-i İsrail və ya ABŞ kəşfiyyat mənbələrinin məlumatlarına istinad edib.

Əldə edilən məlumatlar Qəzzada qurbanların əksəriyyətinin mülki şəxslər olması barədə iddiaları təkzib edir. FRG tərəfindən təsdiqlənmiş İsrail və ABŞ kəşfiyyatının məlumatlarına görə, qeydə alınmış ölüm hallarından təxminən 17 mini HƏMAS döyüşçüləridir.

Chosen
3
6
nocomment.az

10Sources