Misli Premyer Liqasının 17-ci turunda “Zirə” ilə qarşılaşan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev heç-heçə (0:0) nəticələnən matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, səfər oyunu ilə bağlı bunları dilə gətirib:
"Gərgin oyun oldu. Hava şəraiti və külək hər iki komandaya mane olurdu. Hər iki komanda xarakter göstərdi. Oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə nəticəni qanunauyğun hesab etmək olar".