EN

Çində taxıl istehsalı 700 milyon tonu ötüb

Çində taxıl istehsalı ötən illə müqayisədə 1,6 faiz artaraq 706,5 milyon tona çatıb. Dünyanın ən iri taxıl istehsalçısı olan Çində illik taxıl istehsalı ilk dəfə 700 milyon tonu ötüb.

AZƏRTAC Çinin Milli Statistika Bürosunun məlumatına istinadla xəbər verir ki, taxıl istehsalının çoxalmasında əkin sahələrinin genişləndirilməsi böyük rol oynayıb. İl ərində taxıl əkin sahələri 0,3 genişləndirilib. Ərazi vahidinə düşən taxıl istehsalı da 1,3 faiz artıb.

Ardıcıl 9 ildir ki, Çində taxıl istehsalı 650 milyon tondan çox olur. İl ərzində ölkənin müxtəlif bölgələrində şiddətli yağışlar, daşqınlar və quraqlıq kimi əlverişsiz hava şəraiti taxıl istehsalının çoxalmasına mane ola bilməyib.

Qeyd edək ki, dünyada buğda istehsalının təxminən 17 faizini təmin edən Çində taxıl əkilən ərazilərin sahəsi ildən-ilə artırılır. Taxıl əkin sahələri il ərzində ümumilikdə 119 milyon hektardan, dənli bitkilərin əkin sahələri 100 milyon hektardan çox olub. Bu, dünyadakı əkin sahələrinin 9 faizini təşkil edir. Amma yerli istehsal 1,4 milyard əhalisi olan Çinin tələbatını ödəmədiyi üçün xaricdən ərzaq məhsulları, o cümlədən taxıl idxal olunur və idxal ildən-ilə artır. Məsələn, 2010-cu illə müqayisədə 2020-ci ildə ölkədə ərzaq məhsulları idxalı 4,6 dəfə artıb.
Chosen
51
50
sherg.az

10Sources