EN

Okean dibində əvvəllər naməlum olan minlərlə dəniz dağları və təpələr aşkar edildi

SWOT kosmik peykindən əldə edilən məlumatlar Slripps Okeanoqrafiya İnstitutunun alimlərinə okean dibinin indiyədək ən ətraflı xəritəsini yaratmağa imkan verib. Onun üzərində tədqiqatçılar əvvəllər müşahidə üçün əlçatmaz olan 200 mindən çox dəniz dağları və təpələri aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Science" jurnalında dərc olunub.

NASA və Fransanın CNES kosmik agentliyi tərəfindən hazırlanmış SWOT, okean dibinin topoqrafiyasını ölçmək üçün innovativ yanaşmadan istifadə edir. Peyk ənənəvi səs naviqasiya üsulları əvəzinə sualtı obyektlərin qravitasiya təsiri nəticəsində suyun səviyyəsində kiçik dəyişiklikləri aşkar edir. Bu dəyişikliklər elm adamlarına dəniz dibinin topoqrafiyası haqqında yeni məlumatlar verib.

Tədqiqatın müəlliflərindən biri, dəniz geofiziki professor Yao Yu dyib: "Kəşflərin miqyası təsiredicidir. Əvvəllər görmək mümkün olmayan detalları indi görürük".

Alimlər bir çox abiotik təpələri qeyd edə biliblər. Bu strukturlar dəniz dibinin təqribən 70%-ni əhatə edir və maqmanın səthə püskürdüyü və okean qabığının yeni sahələrini yaratdığı orta okean silsiləsi zonalarında əmələ gəlir. SWOT həmçinin 450 metrə qədər hündürlüyə çatan minlərlə dəniz dağını kəşf edib. Onlar okean axınlarının dövriyyəsində və qida maddələrinin səthə qalxmasında mühüm rol oynayırlar. 

Antarktida və Kanada Arktikası kimi ucqar və əvvəllər az öyrənilmiş ərazilərdə tədqiqatçılar qədim rift prosesləri və plitələrin hərəkəti ilə əlaqəli qeyri-adi strukturları da sənədləşdiriblər.

Gələcəkdə alimlər peyk məlumatlarını təhlil etmək və mövcud sonar məlumatları ilə əlaqələndirmək üçün süni intellektdən istifadə etməklə xəritəni təkmilləşdirməyi planlaşdırırlar.

"Biz bu texnologiyanın bütün potensialını yenicə reallaşdırmağa başlayırıq", deyə professor Yu bildirib.

Kəşf plitələrin tektonikası və okean axınlarının tədqiqini sürətləndirməyi, həmçinin sualtı gəmilərin təhlükəsizliyini təmin etməyi vəd edir.

Aydın
Chosen
76
21
qaynarinfo.az

10Sources