EN

Türkiyənin qərarı qətidir: "Suriyada PKK məhv ediləcək"

Türkiyə Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə ABŞ-ı məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.

Turkustan.az "Star” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

"Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Biz onlardan öz mövqelərinə yenidən baxacaqlarını gözləyirik”, deyə nazir qeyd edib. /Qaynarinfo/

Chosen
38
19
turkustan.az

10Sources