EN

Belarus bütün, Rusiya isə bəzi diplomatlarını Suriyadan çıxarıb

Bütün Belarus diplomatları Suriyanı tərk ediblər, Minsk onların təxliyəsində göstərdiyi köməyə görə Moskvaya minnətdardır.

“Report” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mövcud vəziyyəti nəzərə alaraq, Belarusun Suriyadakı səfirliyinin diplomatları Minskə geri çağırılıb. Belarusun Suriyadakı səfiri Yuri Sluka məsləhətləşmələr üçün bir müddət paytaxtda olacaq, vəziyyətin dərindən qiymətləndirilməsinin aparılması planlaşdırılır”, - deyə xarici siyasət idarəsi qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin Departamenti isə bildirib ki, ölkənin diplomatik missiyasının əməkdaşlarının bir hissəsi Dəməşqdən təxliyə edilsə də, səfirlik işi davam edir.
Chosen
5
8
sherg.az

10Sources