"Xalq Bank" ASC, Daxili Nəzarət İdarəsinin Əməliyyatların icrasına nəzarət şöbəsinin kiçik mütəxəssisi/ mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- İdarə / filial / şöbələrin əməliyyatlarının icrasına nəzarət edilməsi;
- Seçmə üsulu ilə idarə / filial / şöbələr tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gündəlik hesabatlar hazırlayaraq periodik yoxlanılması;
- Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərini doldurub müvafiq dəyişikliklərin edilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan idarə / filial / şöbələrin fəaliyyəti ilə bağlı və digər məlumatların təqdim edilməsi.
Tələblər:
- İqtisadiyyat və maliyyə üzrə ali magistr təhsili;
- Analoji sahədə 2 il iş təcrübəsi;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
- Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az