EN

Əməliyyatların icrasına nəzarət şöbəsinin mütəxəssisi- VAKANSİYA

"Xalq Bank" ASC, Daxili Nəzarət İdarəsinin Əməliyyatların icrasına nəzarət şöbəsinin kiçik mütəxəssisi/ mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • İdarə / filial / şöbələrin əməliyyatlarının icrasına nəzarət edilməsi;
  • Seçmə üsulu ilə idarə / filial / şöbələr tərəfindən həyata keçirilən əməliyyatlar üzrə gündəlik hesabatlar hazırlayaraq periodik yoxlanılması;
  • Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərini doldurub müvafiq dəyişikliklərin edilməsi;
  • Rəhbərlik tərəfindən tələb olunan idarə / filial / şöbələrin fəaliyyəti ilə bağlı və digər məlumatların təqdim edilməsi.

Tələblər:

  • İqtisadiyyat və maliyyə üzrə ali magistr təhsili;
  • Analoji sahədə 2 il iş təcrübəsi;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
  • Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
48
34
fins.az

10Sources