Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.
M.Qasımov xəstəxanada dünyasını dəyişib.
Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.
Hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov, 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.
R.Bəylərzadənin vəziyyəti ağır qiymətləndirilir.