EN

Rusiya bankları kredit kartı limitlərini kəskin şəkildə azaldıb

Rusiya bankları noyabr və dekabr aylarında kredit kartı limitlərini bir neçə dəfə azaldıb...

Poliqon bu barədə “İzvestiya” nəşrin istinadən xəbər verir.

Nəşr qeyd edib ki, limitlərin nəinki iki dəfə, hətta doqquz və 20 dəfə endirilməsi halları olub. Bu tədbir də yüksək borc yükü olan və ya gecikmiş ödənişləri olan müştərilərə təsir edib.

Nəşrə müsahibə verən ekspertlər bildiriblər ki, kredit təşkilatları gəlirlərinin böyük hissəsini borclara  ayıranların payını məhdudlaşdırır. Bank borc yükünü qiymətləndirərkən kredit kartı limitinin bütün məbləğini nəzərə alır.

Qeyd edək ki, dekabrın 13-də Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dövlət maliyyəsi kafedrasının dosenti İqor Balınin Rusiya Bankının dekabrın 20-də keçiriləcək iclasında böyük ehtimalla əsas faiz dərəcəsini artıracağını bildirib. Balın vurğulayıb ki, 23% olan istehlak kreditləri bundan sonra 27-48%, ipoteka isə 26% və daha çox bahalaşacaq.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources