Xəstəliklərin stasionar cərrahi müalicəsi başa çatdıqdan sonra bir qayda olaraq, hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından tam və ya qismən azad edilməsinin zəruriliyi haqqında qərar çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
35 | a) Xarici qulağın xəstəlikləri: xarici qulaq keçəcəyinin və qulaq seyvanının ekzeması, xroniki diffuz xarici otit, mikozlar nəticəsində xarici otit, xarici qulaq keçəcəyinin qazanılmış daralmaları | A-4 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ |
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
36 | Orta qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri: | |||
a) poliplərlə, təbil boşluğunda qranulyasiyalarla, sümük karıyesi ilə müşayiət olunan və (və ya) burunətrafı ciblərin xroniki xəstəlikləri ilə müştərək olan ikitərəfli və ya birtərəfli xroniki irinli orta otit | C | C | C və ya B FƏRDİ | |
b) poliplərlə, təbil boşluğunda qranulyasiyalarla, sümük karıyesi ilə müşayiət olunmayan və (və ya) burunətrafı ciblərin xroniki xəstəlikləri ilə müştərək olmayan ikitərəfli və ya birtərəfli xroniki irinli orta otit | C | C | B | |
c) keçirilmiş irinli orta otitin qalıq əlamətləri, qulağın barofunksiyasının davamlı pozulması ilə müşayiət olunan xəstəlikləri | A-3 | A | A HDQ-də FƏRDİ | |
ç) qulağın, məməyəbənzər çıxıntının kəskin xəstəlikləri və xroniki xəstəliklərin kəskinləşməsindən, travmasından və ya cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar | Ç | Ç | Ç |