İngiltərə Premyer Liqasının 16-cı turunun “Çelsi” və “Brentford” komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Londondakı “Stemford Bric” stadionunda baş tutub. Matçda 2:1 hesabı ilə meydan sahibləri qalib gəlib.
Qarşılaşmada hesab 43-cü dəqiqədə açılıb, “Çelsi”nin müdafiəçisi Mark Kukurelya fərqlənib. 80-ci dəqiqədə Nikolas Cekson meydan sahiblərinin ikinci qolunu vurub. 90-cı dəqiqədə Brayan Mbemo vurulan qolun əvəzini çıxıb.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Komanda 16 görüşdə 34 xal toplayıb. “Brentford” 16 oyundan sonra 23 xal toplayıb və 11-ci yerdədir. İngiltərə çempionatının turnir cədvəlinə 15 matçdan sonra 36 xalla “Liverpul” başçılıq edir.