EN

16 yaşlı oğlan 4 ailə üzvünü qətlə yetirib –ABŞ-da

ABŞ-ın Nyu Meksiko ştatında yaşayan 16 yaşlı yeniyetmə ailəsinin 4 üzvünü öldürməkdə ittiham edilir.

“İki sahil” xəbər verir ki, Nyu Meksiko ştatının polisi şübhəli Dieqo Leyvanın sərxoş vəziyyətdə səlahiyyətlilərə təslim olduğunu bildirib.

Məlumata görə, Leyva gecə saatlarında səlahiyyətlilərə zəng edərək ailəsini öldürdüyünü deyib. Polis hadisə yerinə gələndə Leyva əllərini yuxarı qaldırıb və "son dərəcə sərxoş" vəziyyətdə evdən çıxıb. Evdə aparılan axtarış zamanı mətbəx masasının üstündə tapança və 4 ailə üzvünün cəsədi tapılıb.

Nyu Meksiko ştatının polisi Leyvanın dörd qətl maddəsi ilə həbs edildiyini və yetkinlik yaşına çatmış şəxslər kimi mühakimə olunmaq üçün həbsxanaya göndərildiyini açıqlayıb. Saxlanma prosesində Leyvanın spirtli içkidən təmizlənməsi üçün xəstəxanaya aparıldığı və bu müddət ərzində hadisə ilə bağlı əlavə məlumatların toplandığı bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
15
3
ikisahil.az

3Sources