Populyar animasiya serialı "Simpsonlar" bu günə qədər bir çox proqnozları ilə diqqət çəkməyə davam edir.
Bakupost.az xəbər verir ki, serial son olaraq, dolların 2026-cı ildə tamamilə dəyərini itirəcəyini və virtual valyuta sisteminə keçiləcəyini irəli sürərək diqqət çəkib.
Qeyd edək ki, "Simpsonlar", 2024-cü ildə keçirilən ABŞ prezident seçkilərində Donald Trampın yenidən prezident seçiləcəyini də proqnoz vermişdi. Bu iddia, serialın pərəstişkarları və sosial media istifadəçiləri arasında böyük əks-səda doğurmuş və proqnozun doğru çıxması ilə "Simpsonlar" bir daha diqqət mərkəzinə gəlmişdi.
Rəhman Mirzəlizadə, BakuPost