Sənədlər ortaya çıxdı: İsraillə devrilmiş lider Əsəd arasında əməkdaşlıq olubmu?
Suriyada 61 illik Baas rejiminin süqutundan sonra İsraillə Əsəd rejimi arasında gizli əməkdaşlığı göstərən sənədlər üzə çıxıb. Sənədlərdə Musa kod adlı agentin Suriya hərbi liderlərinə göndərdiyi mesajlar var.
“Tamamilə məxfi” olaraq xarakterizə edilən sənədlər 1980-ci ildə Londonda Səudiyyə Tədqiqat və Nəşriyyat Şirkəti tərəfindən qurulan və o vaxtdan bəri Londondan nəşr olunan həftəlik “Al-Mecelle Magazine” tərəfindən nəşr edilib.
İsrail ilə Suriya arasındakı əməkdaşlıq mexanizmini ortaya qoyan sənədlər arasında “Musa” kod adlı İsrail agentinin Suriya hərbi liderlərinə göndərdiyi mesajlar da var və bu mesajların Suriya Kəşfiyyat İdarəsinin rəisi tərəfindən Milli Təhlükəsizlik İdarəsinə çatdırıldığı bildirilir.
Sənədlərin üzə çıxardığı ən diqqət çəkən məqam isə “Rusiyanın himayəsi altında Suriya ordusu ilə İsrail arasında mesajlaşma mexanizminin” olmasıdır.
İsrailin Suriya ordusunun Hizbullah və İranla əməkdaşlığını yaxından izlədiyi və bu fəaliyyətlərin davam edəcəyi təqdirdə "görünməmiş bir bədəl ödəyəcəyi" xəbərdarlığı edən sənədlərdə İsrailin Suriyaya qarşı heç bir addım atmaq istəmədiyi də bildirilir.
İsrailin 2022-ci ildə İran və Hizbullaha aid olduğu bildirilən müxtəlif hədəflərə hücumlar təşkil etdiyi və bu hücumlarda sursat anbarları, hərbi bazalar və hava hücumundan müdafiə sistemlərinin hədəf alındığı bildirilir.
aia.az
Tərcümə şöbəsi