EN

Vətəndaşlardan 1 avtomat, 4 ov tüfəngi müsadirə edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 3 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Chosen
10
41
modern.az

10Sources