EN

Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləmək niyyətindədir

Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin başa çatmasından sonra Suriyadakı vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar 2024-cü ildə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək son iclasının əsas mövzuları olacaq.

7Times.az xəbər verir ki, Aİ nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, Ukraynadakı münaqişə və Kiyevə hərbi yardımın göstərilməsi Aİ-nin mütləq prioriteti olaraq qalır.

Bildirilib ki, iclasa Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas sədrlik edəcək.

Avropalı diplomatın sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüşdə onlayn formada iştirak edərək cəbhədəki vəziyyət və Kiyevin ehtiyacları barədə məlumat verəcək.

Chosen
14
3
7times.az

3Sources