EN

Qətərin Dəməşqdəki səfirliyi fəaliyyətə başlayacaq

Bakı, TurkicWorld

Qətər çərşənbə axşamı Dəməşqdəki səfirliyini yenidən açacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, 2011-ci ildə diplomatik əlaqələrin tamamilə kəsilməsinin ardından Dəməşqdəki səfirliyin təxminən 13 ildən sonra çərşənbə axşamı fəaliyyətini bərpa edəcəyi bildirilib.

Bəyanatda Xəlifə Abdulla Əl Mahmudun müvəqqəti işlər vəkili təyin edildiyi bildirilib.

Bəyanatda bu addımın Qətərin “Suriya xalqının azadlıq, ləyaqətli həyat və sosial ədalət tələblərini dəstəkləyən prinsipial mövqeyinin” göstəricisi olduğu və Dohanın “köhnə rejimin Suriya xalqına qarşı zülm siyasətini qəti şəkildə rədd etdiyi” vurğulanıb.

Bəyanatda səfirliyin fəaliyyətinin bərpasının Suriya xalqını dəstəkləmək və humanitar yardım səylərini artırmaq məqsədi daşıdığı və Qətər Dövlətinin siyasi keçid prosesinin həyata keçirilməsi üçün regional və beynəlxalq səylərin gücləndirilməsinə fəal töhfə verəcəyi bildirilib. Suriyanın ərazi bütövlüyü, suverenliyi və sabitliyini təmin edəcək qərarlı olduğu ifadə edildi.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,

Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Chosen
43
37
turkic.world

10Sources