EN

Tibbi maska daha 3 il gömrük rüsmundan  azad edilir

Tibbi

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, tibbi maska istehsalı üçün xammal və tibbi respiratorların idxalına tətbiq edilən və 31 dekabr 2024-cü il tarixində qüvvədən düşəcək idxal gömrük rüsumlarından azadolmanın müddətinin 2027-ci ilin sonuna qədər uzadılıb.

Həmçinin, 31 dekabr 2024-cü il tarixinədək qüvvədə olan, tibbi maska idxalına tətbiq edilən idxal gömrük rüsumunun (1 ədəd üçün 3 ABŞ dollar senti) qüvvədə olma müddətinin 2027-ci ilin sonuna qədər uzadılıb.

E-saglam.az

Chosen
19
49
e-saglam.az

10Sources