EN

Klimaks zamanı namaz necə qılınır?

Klimaks zamanı namaz necə qılınır?

Namaz qılan qadınları maraqlandıran suallardan biri də Menopauza, klimaks dövründə ibadətlər necə yerinə yetirilməsidir.

Qlobal.net bu suala cavab tapmağa çalışıb.

Mütəxəssislərin dediyinə görə, menopauza və ya klimaks dövrünə daxil olan bir qadın bir il ərzində fasiləsiz olaraq aybaşı görməsə, bu qadın menopauza dövrünə girmiş sayılır. Menopauza dövrünə girən bir qadından gələn qanaxmalar, aybaşı deyil, istihazə (üzr) qanaması olaraq qəbul edilir (Kāsānī, Bedāī’, 3/200). Bu qaydaya görə, menopauza dövrünə girdikdən sonra davamlı qanaxma görən qadın hər namaz vaxtı üçün dəstəmaz alır, başqa bir dəstəmaz pozucu hal baş vermədikcə, bu dəstəmazla o vaxtda istədiyi qədər namaz qıla bilər və digər ibadətləri yerinə yetirə bilər.

 Namaz vaxtı bitdikdə və ya başqa bir dəstəmaz pozucu hal baş verdikdə dəstəmaz pozular (Mevsılî, el-İhtiyār, 1/106-107). Menopauza dövründə olan qanaxmanın davamlı olmaması halında isə yalnız qanaxma başladığı anda dəstəmaz pozulur.

Fatimə
Qlobal.net
Chosen
23
qlobal.net

1Sources