EN

Bu ərazilərdə də cərimələnə bilərsiniz: 20 manat

Bakıda elektrikdoldurma məntəqələrinin bəzisinin qarşısında pullu parkinq nişanının olması sürücülər arasında çaşqınlıq yaradıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “TikTok”-da paylaşım edilib.

Sürücülər narahat edən məqam ondan ibarətdir ki, elektromobillərin şarjı üçün nəzərdə tutulan yerdə pullu parkinq işarəsi olmalıdırmı? Əgər olarsa, orada park edən sürücülürələrə cərimə yazılacaq? Həmçinin avtomobilini şarj etdirən sürücülər həm də parkinq pulu verməlidirlər?

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Tural Orucov bildirib ki, parklanma məntəqəsinə daxil olan nəqliyyat vasitələrinin parklanma yerlərindən istifadəsinə görə zonalara uyğun olaraq ödəniş etməsi mütləqdir:

“Enerji doldurma cihazları ödənişsiz parklanma zonasında quraşdırılıbsa, sürücülərdən parklanmaya görə ödəniş tələb olunmur.   

“Yol hərəkəti haqqında” Qanuna əsasən, elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır. 

Hətta elektrik mühərrikli avtomobillər həmin məntəqədə yalnız təyinatı üzrə şarj elmək üçün parklana bilər. Əks təqdirdə 20 manat məbləğində cərimə nəzərdə tutulub”.

https://www.tiktok.com/@kamal__615/video/7438522298061065490?is_from_webapp=1&sender_device=pc

Chosen
31
cebheinfo.az

1Sources